Pul vəsaitlərin istifadə olunma qaydaları

  • Uduş – Müştəri tərəfindən qazanılan uduş məbləği müştərinin hesabına köçürülə bilər. Müştəriyə ödənilən uduş məbləğdən hər hansı bir köçürmə komissiyası tutulmur və tam məbləğdə müştərinin hesabına ödənilir. Bir əməliyyata görə minimum 10 (on) manat uduş məbləği ödənilə bilər. Uduş məbləği, sorğu qəbul olduqdan 3 (üç) iş günü ərzində müştərinin hesabına “SMART LOTTO” MMC tərəfindən qaytarılacaq.
  • Azərlotereya uduşu – 2000(iki) min manat və daha yüksək uduşları əldə etmək üçün, müştəri səxsiyyət vəsiqəsi və müştəriyə məxsus olan bank rekvizitləri (bankın adı, kodu, müştərinin hesab nömrəsi və s.) ilə “Azərlotereya” ASC-nə yaxınlaşmalıdır.
  • Alış - Balansa qoyulan pul vəsaitləri yalnız SmartLotto mobil tətbiqdə istifadəsi üçün nəzərdə tutulub (biletlərin alışı və bu kimi sair əməliyyatlar). Balansa səhvən qoyulan pulların geri qaytarılması yalnız rəsmi sorğu ilə (“SMART LOTTO” MMC rəsmi məktub və ya e-mail) araşdırıla bilər. Müştəri tərəfindən göndərilən sorğuda geri qaytarılmanın səbəbi, müştərinin mobil tətbiqdəki İD nömrəsi, Adı, Soyadı və atasının adı, şəxsiyyət vəsiqəsinin FİN kodu, geri qaytarılan tam məbləğ (qəpik olmadan və minimum 10(on) manat), müştəriyə aid bank rekvizitləri (bankın adı, kodu, müştərinin hesab nömrəsi və s.) və lazım olduqda əlavə məlumatlar əks olunmalıdır. Geri qaytarılan məbləğdən 3(üç) faizdən - 15(on beş) faizə qədər (mobil tətbiqdəki balansın artırılmasından aslı olaraq) komissiya tutulur. Əlavə olaraq hər bir əməliyyatda minimum 1 (bir) manat (köçürmə komissiyası) tutulur.  Əgər daxil olunan sorğuya müsbət rəy veriləcəksə, geri qaytarılan məbləğ sorğu qəbul olunduqdan 7 (yeddi) iş günü ərzində müştərinin hesabına “SMART LOTTO” MMC tərəfindən qaytarılacaq.
BİZİMLƏ ƏLAQƏ