Sistem oyunları

Sistem oyunu

Bir çox lotereya iştirakçıları lotereya oyunlarında uduşlu kombinasiyalarını tapmaq üçün müxtəlif oyun sistemlərindən istifadə edirlər. Bəs sistemli oyununun üstünlükləri nədən ibarətdir?

İlk öncə sistem üzrə oyun rəqəm qruplarından təşkil olunmuş müəyyən sayda kombinasiyalarının iştirakçılar tərəfindən sərbəst şəkildə qurulmasına imkan verir. Sistemli oyun uduş ehtimalını yaxınlaşdırmaqla həm də uduşun məbləğini də artırmış olur – udulduğu halda bir neçə kombinasiyalar uduşlu sayılır.

 

Sistem nədir?

Sistem – çıxan nömrələrin Sizin seçdiyiniz nömrələrlə üst-üstə düşdüyü zaman 3, 4, 5 və ya 6 nömrənin uyğunluğunu tapmağa zəmanət verən nömrələrin kombinasiyalarıdır (tirajda çıxan nömrələrin miqdarından artıq).

 

Tam sistemlər

Lotereya oyunun tam sistemi seçilmiş bütün rəqəm diapazonunu əhatə edir və demək olar ki bütün lotereya operatorları tərəfindən təklif olunur.

Məsəslən, 6/40 lotereyasında Siz 6 deyil, 7 rəqəm seçib, bununla da qalib qəlmək üçün şansınızı artıra bilərsiniz. Misal üçün, Siz 1, 2, 3, 4, 5, 6, 7 rəqəmlərini seçdiniz. Seçdiyiniz 7 rəqəmdən 6-sı uyğun gəldiyi halda özünüzə qələbəni təmin  etmək üçün Siz SmartLotto mobil tətbiqdə Sistem oyunu “ ” düyməsini seçib həmən rəqəmləri doldurub “” düyməsini basaraq proqram özü seçdiyiniz rəqəmlərdən bütün mümkün olan kombinasiyarını tərtib edir:

1 2 3 4 5 6

1 2 3 4 5 7

1 2 3 4 6 7

1 2 3 5 6 7

1 2 4 5 6 7

1 3 4 5 6 7

2 3 4 5 6 7

Gördüyünüz kimi, 7 rəqəmdə mövcud olan bütün mümkün sayda kombinasiyalar istifadə edilə bilər. Daha çox rəqəm seçmək istəyiriksə, 7 deyil, 10 rəqəm, bu zaman Siz 210 kombinasiyanı qeyd edəcəksiniz. Loterereya oyunlarında, bir qayda olaraq, 210 kombinasiyanın qeyd eləməyə ehtiac yoxdur, 10 rəqəm seçmək kifayət edir ki, SmartLotto mobil tətbiqdə proqram özü həmin rəqəmlərdən bütün mümkün olan kombinasiyarını tərtib etsin. SmartLotto mobil tətbiqdə, sistemli oyunda maksimum 13 rəqəm seçə bilərsiniz, bu halda 5/36 lotereyada 1287 və 6/40 lotereyada isə 1716 kombinasiya porqram tərəfindən tərtib olunacaq. Sistemli oyunu yalniz 5/36 və 6/40 tirajlı lotereyalarda oynuya bilərsiniz.

BİZİMLƏ ƏLAQƏ